İQTİSADİYYAT


Bu il hər bir ölkə sakini orta hesabla 294,7 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 2 milyard 949 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 232,4 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib. Cari ilin eyni aylarında hər bir ölkə sakini orta hesabla 294,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.