İQTİSADİYYAT


Bu il həyata keçirilən əməliyyatların 69 faizi elektron daşıyıcılar vasitəsilə aparılıb

Bakı, 16 iyun, AZƏRTAC

Cari ildə həyata keçirilən əməliyyatların 69 faizi elektron daşıyıcılar vasitəsilə aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Z.Nuriyev qeyd edib ki, pandemiyadan əvvəl elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub. Cari ildə banklarda aparılan əməliyyatların sayca 75 faizi, həcmcə 40 faizi nağdsız hesablaşmaların payına düşür. Ən böyük artım elektron ticarətlə bağlıdır. Belə ki, 2022-ci ilin aprelində bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb. Bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 faiz artaraq 11,9 milyona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.