İQTİSADİYYAT


Bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi avqustda qeydə alınıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu il Azərbaycanda ən çox idxal əməliyyatları avqustda aparılıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi avqustda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, avqustda idxal əməliyyatlarının dəyəri 1 milyard 51,5 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin səkkiz ayında idxalın dəyəri 7 milyard 349,5 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.