CƏMİYYƏT


Bu il ilansancma ilə əlaqədar 62 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun birinci ongünlüyündə ilansancma ilə əlaqədar 9 nəfər tibbi yardım almaq üçün Bakı şəhər Kliniki Tibbi Mərkəzə müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun dediyinə görə, toksikologiya şöbəsində apreldə 6, mayda 21, iyunda isə 26 nəfər ilansancma ilə əlaqədar müalicə alıb. Mərkəzə üz tutan 62 zərərçəkənin hamısı sağalaraq evə qayıdıb. Təəssüf ki, regionlarda həmin hadisədən zərərçəkənlər arasında 4 ölüm hadisəsi qeydə alınıb.

İlansancma hadisəsinə Bakının Xəzər və Qaradağ rayonlarında, ölkəmizin isə aran bölgələrində daha çox rast gəlinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.