İQTİSADİYYAT


Bu il informasiya və rabitə müəssisələri 463 milyon manatlıq xidmətlər göstəriblər

Bakı, 18 aprel, AZƏRTAC

Yanvar-mart ayılarında informasiya və rabitə müəssisələri 463,5 milyon manatlıq xidmətlər göstəriblər.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bunun da 71,5 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 82,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,6 faizi və ya 201,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.