İQTİSADİYYAT


Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib

Bakı, 8 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində sahibkarların 1589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.

AZƏRTAC Sahibkarlığın İnkişafı Fonduna istinadla xəbər verir ki, bu kreditlər hesabına 1607 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən ilin müvafiq dövründə isə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42,9 milyon manat vəsait ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.