İDMAN


Bu il keçirilməsi nəzərdə tutulan Tokio Marafonu təxirə salınıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu il keçirilməsi nəzərdə tutulan Tokio Marafonu təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yarışın təxirə salınmasına səbəb koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərdir. Turnir 2022-ci il martın 6-na təxirə salınıb.

Qeyd edilib ki, marafonun əvvəlcə martın 7-də təşkili planlaşdırılsa da, sonradan oktyabrın 17-nə təxirə salınmışdı.

Xatırladaq ki, 2020-ci ildə keçirilən Tokio Marafonu azarkeşsiz baş tutub. Yarışa ümumilikdə 200 idmançı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.