REGİONLAR


Bu il oğuzlu fermerlər 150 hektarda tütün yetişdirəcəklər

Oğuz, 3 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Oğuz rayonunun təsərrüfatlarında 150 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Cari mövsümdə oğuzlu fermerlər 120 hektarda “Virciniya”, 30 hektarda isə “İmmuniy” tütün sortları yetişdirəcəklər. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər rayonun Muxas və Baş Daşağıl kəndlərinin təsərrüfatlarında 10 hektar sahədə “Virciniya” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə ötən il rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbat nəzərə alınaraq, cari mövsüm başlananadək Bucaq kəndində əlavə olaraq 12 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.