İQTİSADİYYAT


Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib

Bakı, 15 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 244 min 315 ton kimya sənayesi məhsulları ixrac edilib. On bir ayda ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 73 milyon 300 min ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, keçən ilin eyni aylarında ölkədən 298 min 879 ton kimya məhsulu ixrac olunub, həmin ixracın dəyəri 72 milyon 405 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.