İQTİSADİYYAT


Bu il ölkədən 2 milyard kubmetrdən çox təbii qaz göndərilib

Bakı, 18 mart, AZƏRTAC

Yanvar-fevral aylarında Azərbaycandan 2 milyard 19 milyon 599 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, iki ayda ixrac olunan təbii qazın dəyəri 212 milyon 357 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 205 milyon 48 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 29 milyon 428 min dollar olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.