CƏMİYYƏT
Bu il özünüməşğulluq proqramına 1122 nəfər cəlb edilib
Bakı, 12 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqrama cəlb olunanlar üçün 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.
Təlim başa çatandan sonra iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin və hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Həmin qiymətləndirmədən uğurla keçənlər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]