CƏMİYYƏT
Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3 min 500-ə çatıb
Bakı, 25 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3 min 500-ə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan bir hissəsi artıq təlimlərdə olub və bir qrup işçi üçün təlimlərin keçirilməsi davam edir.
Hazırda xüsusi karantin rejimi tətbiq edilməyən rayonlarda ümumilikdə 800-dək iştirakçı üçün təlimlər aparılır. Təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə 10 nəfərdən ibarət qruplar halında aparılır.
Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:06]
Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq
- 24.04.2024 [13:02]
ABŞ nümayəndələri “ASAN xidmət”də olub
- 24.04.2024 [12:38]
AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib
- 24.04.2024 [11:53]
Aprelin 25-də hava əsasən yağmursuz keçəcək
- 24.04.2024 [11:30]
Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir
- 24.04.2024 [11:24]