ELM VƏ TƏHSİL


Bu il paytaxtdakı 6 məktəbdə əsaslı təmir işləri aparılıb

Bakı, 30 dekabr, AZƏRTAC

2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, mövcud olan bir məktəbin binası yenilənib, bir məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə bir yeni məktəbin inşası başa çatıb və iki məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.

Həmçinin 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. İki məktəbin sökülərək yenidən tikintisinə, iki məktəbin isə korpuslarının sökülərək inşasına başlanılıb. Hazırda ehtiyac olan ərazidə bir yeni məktəbin və bir məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.