İQTİSADİYYAT


Bu il paytaxtın piyada keçidlərindəki 150 eskalator təmir olunub

Bakı, 8 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Bakının piyada keçidlərindəki 150 eskalator təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, hazırda 2 eskalator (Su İdmanı Sarayı və Dövlət Bayrağı Meydanının qarşısındakı yeraltı piyada keçidlərində) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.

Agentliyin xidmət və balansında Bakı üzrə 65 yerüstü və 15 yeraltı piyada keçidlərində 179 müxtəlif markalı eskalatorlar var. Cari ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları (dartı zənciri, pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel qoşma zamoku karniz, sürahi istiqamətləndiricisi, buynuz kəməri, daraq pillə önlüyü və sair) yenisi ilə əvəz olunub. 29 eskalatorun müxtəlif detalları (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və sair) təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.