CƏMİYYƏT


Bu il pensiya ödənişlərinə 4 milyard 526 milyon manat yönəldilib

Bu il pensiya ödənişlərinə 4 milyard 526 milyon manat yönəldilib

Bakı, 8 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz (390 milyon manat) çox olmaqla 4 milyard 526 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, pensiya islahatlarında yeni mərhələ kimi, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilməsinə başlanıb. Həmin artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.

Pensiyaların artırılması istiqamətində növbəti addımlar kimi, qeyd olunan maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq.

Bu ilin 11 ayı ərzində 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 70 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.