İQTİSADİYYAT


Bu il pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb

Bakı, 24 iyun, AZƏRTAC 

2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 3175,5 milyon manatlıq ödənişli xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 6858,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.