REGİONLAR


Bu il qəbələli fermerlər 35 hektarda tütün yetişdirirlər

Qəbələ, 6 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Cari ildə rayonda “Oğuz Aqro İndustry” MMC tərəfindən 15 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 20 hektarda yerli tütün sortları əkilib. Hazırda tütün sahələrində becərmə işləri aparılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, qəbələli fermerlər taxıl biçini kampaniyasına da ciddi hazırlaşırlar. Builki mövsümdə rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda biçinə son hazırlıq işləri görülür. Rayon üzrə biçin kampaniyasına 27 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Ehtiyac yaranarsa, ətraf rayonlardan əlavə kombaynlar da gətiriləcək.

Təsərrüfatlarda taxıl biçininə iyunun ortalarında başlanılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.