İQTİSADİYYAT


Bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının artacağı gözlənilir

Bakı, 10 oktyabr, AZƏRTAC

Ötən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov deyib.

O bildirib ki, artıq dekabrın 1-dən qış turizminin açılışı olacaq. Bununla bağlı yerli turizm şirkətləri xarici tərəfdaşlara ölkəmizdə qış turizminə dair turpaketləri göndərməyə başlayıb.

Dünyada ən populyar qış turizminin məhz xizəksürmə olduğunu deyən N.Bağırov bildirib ki, Azərbaycanda hər il bu sahə inkişaf edir, daha peşəkar xizəkçilər ölkəmizə təşrif buyururlar. Ötən ilə nəzər salan AZTA-nın sədri çoxlu sayda peşəkar xizəkçinin istirahət üçün məhz ölkəmizi, xüsusən də Şahdağı seçdiyini qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.