Bu il qlobal neft tələbatı gündəlik 1,2 milyon barrel artacaq
AzerTAg.az
Bakı, 16 yanvar, AZƏRTAC
Cari ildə qlobal neft tələbatının sutkada 1,2 milyon barrel çoxalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2020-ci ildə qlobal neft tələbatı gündəlik 1 milyon 200 min barrel artaraq orta hesabla 102 milyon 700 min barrel təşkil edəcək. Agentlik əvvəlki proqnozunda bu il üzrə neft tələbatının sutkalıq artım tempinin 1 milyon 200 min barrel planlaşdırırdı.
IEA-ya görə, neftə olan gündəlik tələbatda 36 milyon 600 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.

Xəbərin mətnində orfoqrafik səhv var