İQTİSADİYYAT


Bu il qlobal neft tələbatı sutkada 92,9 milyon barrel olacaq - proqnoz

Bakı, 11 noyabr, AZƏRTAC

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) 2021-ci il üzrə qlobal neft tələbatına dair artım proqnozunu azaldıb.

AZƏRTAC EIA-nın yaydığı məlumata istinadla xəbər verir ki, administrasiya gələn il üzrə neft tələbatına dair artım proqnozunu gündəlik 360 min barrel azaldaraq sutkada 5,9 milyon barrelə endirib.

EIA, eyni zamanda, cari ildə qlobal neft istehlakının gündəlik orta hesabla 92,9 milyon barrel olacağını açıqlayıb. Bu göstərici 2019-cu illə müqayisədə istehlakda sutkalıq 8,6 milyon barrel azalma deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.