İQTİSADİYYAT


Bu il qlobal neft tələbatı sutkalıq 99,2 milyon barrel olacaq

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Cari ildə qlobal neft tələbatı gündəlik orta hesabla 99 milyon 200 min barrel təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə neft tələbatının sutkalıq 100 milyon 500 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır.

EIA-ya görə, bu il neftə olan tələbatda 34 milyon 900 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerdə isə 31 milyon 900 min barrellə Amerika qitəsi və 15 milyon barrel ilə Avropa qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.