ELM VƏ TƏHSİL


Bu il respublika üzrə ümumtəhsil məktəblərinin XI sinfini 83001 şagird bitirir

Bakı, 13 iyun, AZƏRTAC

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX sinfini 111257, XI sinfini 83001, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 şagird bitirir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2017-2018-ci tədris ilində respublika üzrə 4 442 ümumtəhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi gözlənilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərinə 165780 uşağın qəbulu proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.