CƏMİYYƏT


Bu il sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailə üçün kiçik təsərrüfatlar yaradılıb

Bakı, 4 dekabr, AZƏRTAC

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların ailələrinin dəstəklənməsi tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində də davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında digər həssas qruplara (əlilliyi olanlar, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və b.) aid vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə də üstünlük verilir. 2018-ci ildə proqrama cəlb olunanlardan bir hissəsini də məhz bu kateqoriyalardan olanlar təşkil edib.

Digər iştirakçılar kimi onların da proqram çərçivəsində mal və materiallarla təminatı həyata keçirilir. Proqrama cəlb olunmuş və sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailənin verilmiş mal və materiallar hesabına kiçik təsərrüfatları yaradılıb. Proses davam edir və ilin sonunadək daha bir qrup ailənin özünüməşğulluq proqramı üzrə mal və materiallarla təmin edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.