REGİONLAR


Bu il sahələrdən ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox tərəvəz yığılıb

Bakı, 19 oktyabr, AZƏRTAC 

2018-ci il oktyabr ayının 1-nə kimi sahələrdən 1298,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox tərəvəz yığılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövr ərzində sahələrdən 852,8 min ton (1,1 faiz az) kartof, 395,9 min ton (8,8 faiz az) bostan məhsulları, 588,2 min ton (6,3 faiz çox) meyvə və giləmeyvə, 111,2 min ton (1,4 faiz çox) üzüm, 736,3 ton (28,1 faiz çox) yaşıl çay yarpağı, 167,7 min ton (3,3 faiz az) şəkər çuğunduru, 43,8 min ton (19,8 faiz az) pambıq, 23,9 min ton (19,8 faiz az) dən üçün günəbaxan və 3,8 min ton (4,0 faiz çox) tütün toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.