CƏMİYYƏT


Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb

Bakı, 10 avqust, AZƏRTAC

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə əlaqədar rekord göstərici qeydə alınıb.

AZƏRTAC-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə verdiyi müsahibədə bildirib ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilib. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.

Bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min nəfəri əhatə edir.

Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq payı təqdim edilib. Ümumilikdə isə sosial təminat proqramları 500 mindən çox insanı əhatə etdi və bunun üçün 200 milyon vəsait yönəldilib.

Həmçinin sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərilib. “Görülən tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir”, – deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.