İQTİSADİYYAT


Bu il ümumi inşaat işlərinin 82,4 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Bakı, 18 iyul, AZƏRTAC 

Yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,4 faizini əsaslı təmir, 8,7 faizini cari təmir, 18,6 faizini digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi inşaat işlərinin 82,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 452,9 milyon manatı (82,7 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.