REGİONLAR
Bu il ümumtəhsil məktəblərini bitirən hacıqabullu məzunlardan 109-u tələbə adını qazanıb
Hacıqabul, 4 sentyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun ümumtəhsil məktəblərinin XI sinfini bitirən məzunlardan 109 nəfəri qəbul imtahanlarında yüksək bal toplayaraq, respublikanın müxtəlif ali və orta ixtisas təhsili məktəblərinə daxil olub.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-2018-ci tədris ilində rayonda fəaliyyət göstərən 30 tam orta məktəbi 407 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 195-i respublikanın müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinə sənəd verib. Onlardan 109 nəfəri test tapşırıqlarını düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 7-si 600-dən yuxarı, 20 nəfəri isə 500-600 arası bal toplayıb.
Şəhər 3 və 5 nömrəli, Rəncbər və Qubadlıbaloğlan kənd tam orta məktəblərinin şagirdləri qəbul imtahanlarında fərqləniblər. Rəncbər kənd tam orta məktəbinin ali təhsil ocaqlarına sənəd verən 30 şagirdindən 14-ü tələbə adını qazanaraq, müəllim və valideynlərini sevindiriblər. Qəbul imtahanlarında iştirak edən məktəblilər arasında ən yüksək bal toplayan isə rayonun Qubadlıbaloğlan kənd tam orta məktəbinin şagirdi Həsən Həsənov olub. O, imtahanda 672 bal toplayıb və Bakı Ali Neft Məktəbini seçib.