İQTİSADİYYAT


Bu il xarici müəssisələr əsas kapitala 882,7 milyon manat yönəldib

Bakı, 22 aprel, AZƏRTAC 

Cari ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 882,7 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 801,3 milyon manatı (90,8 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub.

Həmçinin bu dövr ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,5 faizini əsaslı təmir, 9,4 faizini cari təmir, 18,8 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 83,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.