İQTİSADİYYAT


Bu ilin 3-cü rübündə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1767 vətəndaş müraciət edib

Bu ilin 3-cü rübündə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1767 vətəndaş müraciət edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Cari ilin 3-cü rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 1767 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 92-si məlumat xarakterli olmaqla 1494 müraciət daxil olub. Təbii qaz təchizatı ilə bağlı 16-sı məlumat xarakterli olmaqla 144 müraciət edilib.

İstilik təchizatı ilə bağlı cəmi 4 müraciət daxil olub. Digər məsələlərlə bağlı 26-sı məlumat xarakterli olmaqla 125 müraciət göndərilib.

1301 müraciət agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (20 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 328 müraciət hazırda baxılma prosesindədir, 134 məlumat xarakterli müraciətdən 45-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.