CƏMİYYƏT


Bu ilin 6 ayında 19 min litrə yaxın qan tədarük olunub

Bakı, 17 avqust, AZƏRTAC

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri müxtəlif tibb müəssisələrində və ayrı-ayrı tədbirlər zamanı təşkil edilən qanvermə aksiyalarında qan ehtiyatı yaratmağa çalışıblar.

AZƏRTAC xəbər verir ki, bu ilin birinci yarımilində həmin məqsədlə paytaxt və regionlarda keçirilən aksiyalarda 21 min 406 donor iştirak edib. Könüllü qanvermə aksiyalarında 18 min 884 litr qan tədarük olunub.

Toplanan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olanların müalicəsində istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.