REGİONLAR


Bu ilin 6 ayında regionlarda 6185 obyekt qeydiyyata alınıb

Bakı, 2 avqust, AZƏRTAC 

2018-ci ilin birinci yarısında regionlarda 6185 obyekt (təsərrüfat subyekti) qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım deməkdir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, ərazi vergi orqanlarında yeni qeydiyyata alınmış və fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin sayının cəmi fəaliyyətini dayandırmış və ləğv olunmuş obyektlərin sayının cəmindən 5347 ədəd çox olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlardan daxil olan vergi növlərinin, demək olar ki, bütün tədiyyələri üzrə əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Ümumiyyətlə, vergi daxilolmaları 39,1 milyon manat və ya 13,9 faiz, o cümlədən əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 9,4 milyon manat və ya 10,9 faiz, sadələşdirilmiş vergi üzrə 8,5 milyon manat və ya 25,9 faiz artıb.

Yanvar-iyun aylarında regionlarda istehsal, ticarət, tikinti-infrastruktur, xidmət sahələrində aktivlik müşahidə edilir. Ticarət üzrə daxilolmaların artımı 19,7 faiz, xidmət üzrə 23,7 faiz, tikinti üzrə isə 16,4 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.