CƏMİYYƏT


Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub.

Bu ilin 8 ayında əlilliyi olan 8,5 min nəfərə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə həmin vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.