İQTİSADİYYAT


Bu ilin 8 ayında Azərbaycanda ÜDM 3,6 faiz artıb

Bakı, 10 sentyabr, AZƏRTAC

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 3,6 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatı 3,6 faiz, qeyri-neft sektoru 5,5 faiz artıb. Bu artıma, həmçinin özəl şirkətlər tərəfindən əsas kapitala investisiya qoyuluşlarının çoxalması hesabına nail olunub. Yanvar-iyul aylarında Azərbaycanda özəl şirkətlər əsas kapitala investisiyaları 11,7 faiz artırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.