CƏMİYYƏT
Bu ilin 9 ayında 107 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-sentyabr aylarında 107 min pensiya, müavinət, təqaüd təyinatı elektron qaydada aparılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 19 mini pensiya, 88 mini müavinət və təqaüd təyinatları olub.
Nəticədə vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, onlara həmin sosial ödənişlər proaktiv şəkildə təyin edilib.
2019-cu ilin əvvəlindən başlayaraq ötən dövrdə pensiyaların və sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Bu ilin oktyabrın 1-dək həmin sosial təminat növləri üzrə ümumilikdə 233 min təyinat e-qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]