CƏMİYYƏT
Bu ilin 9 ayında 486 nəfərdə İİV virusu aşkar edilib
Bakı, 23 oktyabr, AZƏRTAC
İİV infeksiyasının ilk dəfə aşkar edildiyi 1987-ci ildən bu ilin oktyabrınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6 min 575 nəfər qeydiyyata götürülüb. Onlardan 6 min 364 nəfəri ölkə vətəndaşı, 211 nəfəri əcnəbidir. Həmin virusa yoluxanlardan 4 min 817 nəfəri kişi, 1758 nəfəri qadındır.
AZƏRTAC xəbər verir ki, bu ilin doqquz ayında Mərkəzdə 390 nəfər rəsmi olaraq qeydiyyata götürülüb, onlardan 385 nəfəri ölkə sakinidir. Həmin virusa yoluxanların immun sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Onların 46,1 faizi inyeksion narkotik vasitə istifadəsi nəticəsində virusa yoluxub. Yoluxanların təxminən 70 faizi kişilərdir.
İİV virusuna yoluxanların 4 min 100 nəfərdən çoxu müalicəyə cəlb edilib. Bu ilin doqquz ayında isə 486 nəfərdə yoluxma aşkar edildiyinə görə müalicə olunur. Ümumilikdə isə QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdan keçən 5 min 510 nəfər xəstə var.