İQTİSADİYYAT


Bu ilin 9 ayında Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 520 milyon dollara yaxınlaşıb

Kiyev, 12 oktyabr, AZƏRTAC

2018-ci ilin 9 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 517 milyon dolları ötüb.

Bu barədə AZƏRTAC-a Ukrayna Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2018-ci ilin hesabat dövründə Azərbaycandan Ukraynaya 202 milyon 461 dollar dəyərində məhsul ixrac olunub. Hesabat dövründə Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 314 milyon 956 min 37 dollar təşkil edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.