İQTİSADİYYAT


Bu ilin 9 ayında Azərbaycana səfər edən ukraynalıların sayı 20 min nəfəri ötüb

Kiyev, 31 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayında Azərbaycana səfər edən ukraynalıların sayı 20 min nəfəri ötüb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ukrayna Dövlət Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə 21173 ukraynalı Azərbaycana səfər edib. Səfərin əksəriyyəti turistik xarakter daşıyıb.

Bu ilin 9 ayında Ukraynaya səfər edən MDB ölkələri arasında ilk üçlükdə Moldova, Belarus və Rusiya dayanır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.