İQTİSADİYYAT


Bu ilin 9 ayında qida məhsulları istehsalı 0,7 faiz artıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayı ərzində tütün məmulatlarının istehsalında 12,8 faiz azalma, qida məhsullarının istehsalında 0,7 faiz, içki istehsalında isə 26,9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 4,1 faiz, kolbasa məmulatlarının istehsalı 43,8 faiz, duru bitki yağlarının istehsalı 4,7 faiz, marqarin istehsalı 13,1 faiz, cem və marmeladların istehsalı 2,7 faiz, pivə istehsalı 36,3 faiz, alkoqolsuz içkilərin istehsalı 1,3 faiz artıb.

Qənd və şəkər tozu istehsalında isə 46,2 faiz azalma qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.