İQTİSADİYYAT
Bu ilin altı ayında dəniz nəqliyyatı ilə 8 min sərnişin daşınıb
Bakı, 26 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2627,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,5 faiz azalıb. Yüklərin 45,2 faizini neft yükləri təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 4080,2 min ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 92,4 faizini tranzit yüklər təşkil edib. Bu il iyul ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 38,6 min ton idxal yükləri olub.
Ötən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artaraq 8 min nəfər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]