CƏMİYYƏT


Bu ilin altı ayında respublika ərazisində 43 partlayış hadisəsi baş verib

Bakı, 7 avqust, AZƏRTAC 

Bu ilin altı ayı ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 hadisə və ya 5 faiz çoxdur.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, partlayışlar zamanı 4 nəfər həlak olub, 45 nəfər xəsarət alıb.

Bu hadisələrin 31-i fərdi evlərdə, 9-u çoxmənzilli yaşayış binalarında, 2-si sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 1-i isə istehsalat obyektlərində baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.