CƏMİYYƏT


Bu ilin atı ayı ərzində əlilliyi olanlar 13 min 907 reabilitasiya vasitəsilə təmin edilib

Bakı, 2 iyul, AZƏRTAC

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 5126 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 605 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 616 əlil arabası, 569 aşağı və yuxarı ətraf, habelə döş protezi, 585 aşağı və yuxarı ətraf ortezi, 2724 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 115 korset, 529 cüt protez ayaqqabı, 2556 cüt ortopedik ayaqqabı, 513 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər, həmçinin 1314 qoltuqaltı və dirsəkaltı ağac, 935 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 13 min 907 reabilitasiya vasitəsi verilib, 364 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.