CƏMİYYƏT


Bu ilin beş ayında 1400 nəfərə yaxın gənc peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bakı, 6 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin yanvar-may aylarında 1400 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 1317 nəfəri üçün Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompüter istifadəçisi, qənnadçı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, peşə hazırlığı və əlavə təhsil kurslarında modul tədris proqramlarından da istifadə edilib. Həmin proqramlar peşə bilik və bacarıqlarının öyrədilməsi prosesində səmərəliliyi artırır, onun daha qısa vaxtda və asan şəkildə mənimsənilməsinə imkan yaradır.

Son 5 ayda 80 gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təlimlərə qəbul edilib.

Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirənlər əmək bazarına çıxış və məşğulluq imkanları əldə qazanıblar.

Bu ilin 5 ayında rayon (şəhər) Məşğulluq mərkəzlərinin təşkil etdiyi peşəyönümü tədbirlərində 63,2 min gənc iştirak edib. Onlara əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, düzgün peşə seçimi aparmaları üçün məsləhətlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.