İQTİSADİYYAT


Bu ilin beş ayında dəniz limanlarında 4100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

2018-ci ilin yanvar-may ayında dəniz limanlarında 4100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3876,8 min tonunu və ya 94,5 faizini tranzit yüklər təşkil edib. 2018-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 94,6 min ton olub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,9 faiz azalaraq 6 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.