REGİONLAR
Bu ilin birinci rübündə Yardımlıda əhaliyə 145 min manatlıq rabitə və informasiya xidməti göstərilib
Yardımlı, 30 aprel, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Yardımlı rayonunda əhaliyə 145 min manatlıq rabitə və informasiya xidməti göstərilib. Bu, əvvəlki ilin müvafiq dövründəki 130,1 min manatlıq səviyyəsini 14,9 min manat üstələyərək 111,4 faiz təşkil edib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayon əhalisinə göstərilən informasiya və rabitə xidmətlərinin 104,8 min manatı dövlət mülkiyyətinə, 40,2 min manatı isə qeyri-dövlət mülkiyyətinə aid müəssisələrin payına düşür.
İnformasiya və rabitə sahəsi üzrə fəaliyyətdə olan müəssisələrin əhaliyə göstərdiyi xidmətlərin həcmi 92,5 min manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 81,4 faiz təşkil edir.
Bu dövrdə informasiya və rabitə sahəsində çalışan işçilərin sayı 71 nəfər olmaqla orta aylıq əməkhaqqı 357,9 manat təşkil edib.