REGİONLAR
Bu ilin birinci rübündə Yardımlıda iqtisadiyyatın əsas sahələri üzrə 15678,7 min manatlıq məhsul istehsal olunub
Yardımlı, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Yardımlı rayonunda istehsalın əsas sahələrində faktiki qiymətlərlə 15678,7 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirib ki, rayonda sənaye sahəsində məhsul buraxılışı 527, tikintidə 1331,5, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 7079,7, nəqliyyat və anbar təsərrüfatı üzrə 354,3, informasiya və rabitə sahəsi üzrə 130,1, pərakəndə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 6256,1 min manat olub.
Xüsusi çəki baxımından məhsul istehsalının əsas hissəsini (45,1 faizini) rayon iqtisadiyyatı üçün xarakterik olan kənd təsərrüfatı, 39,9 faizini isə pərakəndə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi təşkil edib.
Buraxılmış məhsulun 2,4 faizi dövlət, 97,6 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərin payına düşür.
Bu dövrdə rayonda adambaşına faktiki qiymətlərlə 230 manatlıq məhsul buraxılıb.