Bu ilin birinci yarısında Baş Prokurorluğun “961 Çağrı Mərkəzi”nə 442 müraciət qeydə alınıb
AzerTAg.az
Bakı, 15 sentyabr, AZƏRTAC
Vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara öz hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış “961 Çağrı Mərkəzi”nə cari ilin birinci yarısında 442 müraciət qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə edilir.

Xəbərin mətnində orfoqrafik səhv var