Bu ilin birinci yarısında Daşkəsəndə 53 yeni iş yeri açılıb
AzerTAg.az
Daşkəsən, 4 avqust, Elcan Məmmədov, AZƏRTAC
2022-ci ilin birinci yarısında Daşkəsən rayonu üzrə hüquqi şəxslər tərəfindən mövcud müəssisə və təşkilatlarda 53 yeni iş yeri açılıb.
Daşkəsən Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin 94,3 faizi metal filizlərinin hasilatı, 1,9 faizi mülki təyinatlı inşaat işləri, 3,8 faizi isə ictimai birliklərin (təşkilatların) fəaliyyəti üzrə iqtisadi fəaliyyət növlərinə görə açılıb.
Bu ilin birinci yarısında 237 yeni yaradılmış fərdi sahibkarlıq subyekti qeydə alınıb.
Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait Daşkəsən rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.

Xəbərin mətnində orfoqrafik səhv var