REGİONLAR
Bu ilin birinci yarısında Masallıda süni mayalandırma yolu ilə 1210 baş buzov alınıb
Masallı, 16 iyul, Bağır Əliyev, AZƏRTAC
Heyvandarlıq Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Son illər rayonda mal-qaranın cins tərkibini süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu ilin birinci yarısında rayonda 1048 baş inək və düyə süni yolla mayalandırılıb, onlardan 1210 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.
Qeyd edək ki, Masallı rayonunda hazırda beş süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli və peşəkar mütəxəssislər işləyirlər.
Rayonda süni mayalandırma yolu ilə doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiyalar fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.