CƏMİYYƏT


Bu ilin birinci yarısında Pekində havanın keyfiyyəti yaxşılaşıb

Bakı, 18 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında Pekində PM 2,5 hissəciklərinin ortalama konsentrasiyası 1 kubmetrdə 46 mkq olub. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,2 faiz azdır.

AZƏRTAC Sinxua agentliyinə istinadla bildirir ki, Pekin Şəhər Ekologiya və Ətraf Mühit İdarəsi tərəfindən yayılmış məlumata görə, cari ilin yanvar-iyun aylarında Çinin paytaxtında havanın keyfiyyətinin yaxşı olduğu 113 gün qeydə alınıb. Bu, cari ilin ilk altı ayı ərzində günlərin ümumi sayının 62,4 faizi deməkdir. Bir il əvvəl həmin göstərici 2,7 faiz bəndi qədər yüksək olub.

İdarənin məlumatına görə, Çinin bütün rayonlarında PM 2,5 hissəciklərinin ortalama konsentrasiyası 1 kubmetrə 38-50 mkq olub.

May ayında dərc edilmiş illik ekoloji hesabata görə, keçən il Pekində PM 2,5 hissəciklərinin ortalama konsentrasiyası 1 kubmetrə 51 mkq olub ki, bu da əvvəlki ildəki ilə müqayisədə 12,1 faiz azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.