REGİONLAR


Bu ilin birinci yarısında Yardımlıda əhaliyə 296,4 min manatlıq informasiya və rabitə xidməti göstərilib

Yardımlı, 29 iyul, Bağır Əliyev, AZƏRTAC

Bu ilin birinci yarısında Yardımlı rayonunda əhaliyə 296,4 min manatlıq informasiya və rabitə xidməti göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 117,9 faiz təşkil edir. İnformasiya və rabitə xidmətlərinin 213,5 min manatı dövlət mülkiyyətinə, 82,9 min manatı isə qeyri-dövlət mülkiyyətinə aid müəssisələrin payına düşür.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, altı ayda rayonda informasiya və rabitə sahəsində çalışan işçilərin orta sayı 71 nəfər olmaqla, orta aylıq əməkhaqqı 367,2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.